Biz, 1996-ci ildən bəri fəaliyyət göstərən və Türkiyənin böyük şirkətlərindən olan Tarfer Makina şirkəti, 2006-cı ildən yaradılmış TRF Yapı
şirkəti və 2009-cu ildə yaradılmış Belinay Peyzaj ve Sulama Sistemleri şirkətinin tərkib hissəsində olan ÖZTURAN Qrup şirkəti olaraq,
Azərbaycanda 2022-ci ildən etibarən fəaliyyət göstərməkdəyik.
Türkiyə dünyada şirin su ehtiyatlarına görə 42-ci yerdə olmaqla, ölkə üzrə 2009-cu ildə adambaşına düşən suyun miqdarı 1544 m3,
2020-ci ildə 1346 m3 olmuşdur. Türkiyə mövcud su ehtiyatlarının az olması və su çatışmazlığı ilə üzləşən ölkələr sırasına daxildir. Şirin
su ehtiyatlarının 72%-i kənd təsərrüfatında sahələrin suvarılmasında, 20%-i sənaye sektorunda, 8%-i isə məişət suları kimi istifadə
olunur.
Azərbaycanda 2015-ci ildə adambaşına düşən şirin suyun miqdarı 3225 m3 olmuşdur. Ölkəmizdə əhalinin sayının artması, əhalinin
əksəriyyətinin şəhər mərkəzlərində məskunlaşması, su ehtiyatlarının çirklənməsi və su itkilərinin çox olması bu gün mövcud su ehtiyatlarının
az olması və məhdudlaşmasına səbəb olur.
Azərbaycanda mövcud şirin su ehtiyatlarının 76,4 faizi kənd təsərrüfatı sahələrinin
suvarılmasında, 19,3 faizi sənaye sektorunda, 4,3 faizini isə məişət suyu kimi istifadə olunur. Ölkədə mövcud şirin su ehtiyatlarının
çox hissəsi kənd təsərrüfatında istifadə edildiyi üçün suyun səmərəli istifadəsində müasir suvarma sistemlərinin tətbiq edilməsi vacib
rol oynayır. Kənd təsərrüfatı məhsullarının istehsalında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmaması, həddindən
artıq suvarma, qabaqcıl aqrotexniki qaydalara riayət etmədən gübrələmə və dərmanlama aparılması, köhnəlmiş və müasir tələblərə
cavab verməyən meliorasiya-irriqasiya sistemləri torpaqların meliorativ vəziyyətinin qeyri-qənaətbəxş olmasına, su çatışmazlığına,
torpaqların şoranlaşması, şorakətləşməsi və eroziyaya məruz qalmasına səbəb olur. Mütərəqqi suvarma üsullarının və meliorasiyairriqasiya
sistemlərinin olmaması və su ehtiyatlarından qeyri-səmərəli istifadə nəticəsində ölkədə son illərdə 40 faiz su itkisi olmuşdur.
ÖZTURAN Qrup şirkəti olaraq kənd təsərrüfatında ən qabaqcıl texnologiyaları tətbiq edərək innovativ layihələrdə bilik, bacarıq və
qabiliyyət potensialımızı inkişaf etdirir, suvarma sistemləri və istixanalar üçün avadanlıq və texnoloji həllərin istehsalı, layihələndirməsi,
tətbiqi və texniki dəstək xidmətləri göstəririk.
Uzun illərin təcrübəsi olan fəaliyyətimizi əsas götürərək ölkəmizdə su və torpaq ehtiyatlarını qorumaqla aqrar sahənin inkişafını
dəstəkləmək, kənd təsərrüfatı sektorunun xüsusuilə strateji sahəsində ölkəmizə, xalqımıza, vətənimizə xidmət etməkdən qürur hissi
duyuruq.
STRATEJİ BAXIŞ:
Biz Azərbaycanda və ölkə hüdudlarından kənarda dünya miqyaslı və aparıcı suvarma sistemləri və istixanalar üçün avadanlıq və
texnoloji həllərin istehsalı, layihələndirməsi, tətbiqi və texniki dəstək xidmətləri göstərən şirkət olmaq niyyətindəyik.
MİSSİYA:
Azərbaycandakı missiyamız mütərəqqi suvarma üsullarının və meliorasiya-irriqasiya sistemlərinin təmini və su ehtiyatlarından səmərəli
istifadənin asanlaşdırılması ilə sosial rifaha və dayanıqlı inkişafı dəstəkləməkdir.
DƏYƏRLƏR:
Ətraf mühit və sosial məsuliyyət
Şəffaflıq
Əməkdaşlıq
İnnovativlik
Dürüstlük
Dayanıqlılıq
MƏQSƏDLƏR VƏ STRATEJİ HƏDƏFLƏR:
MƏQSƏD 1: Kənd təsərrüfatında torpaq və su ehtiyatlarından səmərəli istifadəni təmin etmək
MƏQSƏD 2: Qabaqcıl innovativ texnologiyaları, o cümlədən qabaqcıl meliorasiya-irriqasiya üsulları və sistemlərini tətbiq etməklə,
torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq
MƏQSƏD 3: Aqrar sahənin inkişafını dəstəkləmək